BİZNES

21 Dekabr

Business Insight bayram sәbәti üçün әn ucuz Supermarketlәr şәbәkәsini müәyyәn edib

Yeni il ərəfəsində bayram süfrəsi üçün hazırlıq görmək hər kəsin xoş qayğılarından biridir. Bunu nəzərə alaraq Business Insight ən ucuz yeni il səbətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymət araşdırması həyata keçirib. Araşdırma bazarda ən çox tanınan Bazarstore, Rahat, Araz və Bravo Supermarketlər şəbəkələrini əhatə edib. Araşdırmaya, yalnız Bakı şəhərinin ən müxtəlif bölgələrində faəliyyət göstərən hər bir marketlər şəbəkəsinin 3 mağazası (toplamda 12 mağaza) cəlb edilib. Bayram səbətinə isə 25 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları daxil edilib. Araşdırma nəticələri göstərib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən market “Araz Supermarketlər” şəbəkəsidir. Yeni il ərəfəsində “Araz”ı qida məhsulları üzrə bazara təklif etdiyi ucuz qiymətlərilə “isteklaçının dostu” adlandırmaq olar. Qida məhsulları üzrə ucuz qiymət siyasətinə görə “Araz”ı 2-ci olaraq müasir pərakəndəçiliyin uğurlu nümunəsi hesab olunan “BazarStore” mağazalar şəbəkəsi izləyir. Buziness Insight satış şəbəkələrinə müştərilərini bayram ab-havasında qarşılamağı və qənaətli alış-verişlə yola salmağı arzulayır. Araşdırma həyata keçirilən şəbəkələrin hamısında eyni adda mallar üçün müəyyən olunan qiymətlərin müqayisəsi aşağıdakı infoqrafikada əks olu