BİZNES

20 Dekabr

Redmi Note 8 Pro bestselleri üçün ultra-davamlı şüşə istehsal olundu

O, adi şüşədən 5 dəfə daha yaxşı qoruyur

 

Xiaomi şirkətindən Redmi Note 8 Pro smartfonu üçün yeni Xiaomi Mi Protective Glass qoruyucu şüşəsinin satışa çıxdığını bildiriblər. Yenilik istehsalçının müasir çeşidində ən populyar məhsullardan biri hesab olunur.

Fins.az xəbər verir ki, bu qoruyucu 2.5 D şüşə Corning şirkəti ilə əməkdaşlıq sayəsində yaradılıb, onun qalınlığı cəmi 0,4 mm-dir. Asan və qabarcıqlar olmadan quraşdırılması üçün şüşəyə bir tərəfdən silikon yapışqan tətbiq edilib. Xiaomi-dən verilən rəsmi bəyanata görə, bu şüşə adi möhkəm şüşə ilə müqayisədə daha etibarlı və yaxşı təhlükəsizlik təklif edir.

Şirkətdən Xiaomi Mi Protective Glass-ın əlavə emal prosesi keçdiyini iddia edilir ki, bu da kəskin əşyalarla təmasda cızıqlara qarşı 5 dəfə daha yaxşı müdafiəni təmin edir və yerə düşərkən zərərdən qoruyur. Şüşə 9H möhkəmliyi ilə xarakterizə olunur.

Xiaomi Mi Protective Glass şüşəsi işığın yüksək keçirilmə əmsalına malikdir, oleofob örtük isə yuxarıdan parıltıları azaldır və barmaq izlərinin və ləkələrin yaranmasının qarşısını alır. Aksesuarın qiyməti 5,5 dollara yaxındır.

© TED