“Biz “Azəristiliktəchizat”a borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik”

“Biz “Azəristiliktəchizat” ASC-yə qaza olan borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”.

Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Bununla belə, onun sözlərinə görə, möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb: “Əgər o vaxta qədər ödəniş olmasa biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq”.

(C)“Report”

SHARE THIS STORY

FacebookTelegramTwitter