Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Bitcoinin yaradıcısının əsl adı ortaya çıxa bilər

ABŞ-ın Florida ştatında ilk baxışdan çox sadə məhkəmə prosesi keçir. Vəfat etmiş şəxsin ailəsi həmin şəxsin keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə iki şəxsin sahib olmuş olduğu maliyyə aktivləri üzərində idarənin təmin olunmasıdır. Lakin qaldırılmış bu məhkəmə iddiasında söhbət, 1 milyon bitcoindən gedir. Hal hazırda bu qədər bitcoinin ümumi dəyəri 64 milyard dollara yaxındır. Bir çox məlumata əsasən isə 1 milyon bitcoinə Satoshi Nakamoto sahibdir. Söhbət, bu ad altında məşhur rəqəmsal valyutanı yaratmış şəxsdən gedir. Məhkəmə iddiasını qaldırmış ailənin sözlərinə əsasən isə Satoshi Nakamoto adı altında məhz vəfat etmiş şəxs və onun iş ortağı çalışıb. Bitcoin artıq trilyon dollar dəyərə və çoxlu sayda investora sahib böyük bazara çevrilib. Bu layihə demək olar bütün dövlətlərə meydan oxuyurdu və bəzi hökumətlər onu nizamlamağa çalışırdı. Bəzi ölkələrdə bitcoin hətta qanuni şəkildə təsdiqini də tapıb.

    Güman olunur ki, bitcoin ümumilikdə dünyanın maliyyə sistemini dəyişə bilər. Lakin bu məşhur rəqəmsal valyutanın əslində kim və ya kimlər tərəfindən yaradıldığı hələ də sirr olaraq qalır. Vəfat etmiş David Kleiman adlı şəxsin ailəsi onun keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Söhbət, 51 yaşlı avstraliyalı proqramçı Craig Wright-dan (hal hazırda Londonda yaşayır) gedir. 2016-cı ildən Wright bəyan edir ki, bitcoinin yaradıcısı məhz özüdür. Lakin sözügedən kriptovalyuta cəmiyyətinin üzvlərinin çoxu bununla razı deyil. David Kleiman-ın ailəsi isə iddia edir ki, vəfat etmiş David vaxtı ikən Craig Wright ilə birlikdə çalışıb və onlar birlikdə bitcoin mayninqi ilə məşğul olublar. Buna görə də David-in ailəsi yarım milyon bitcoinin hüquqi sahibidir.

SHARE THIS STORY

FacebookTelegramTwitter