BİRJA

17 Noyabr

Qızıl və gümüş fyuçerslərinin qiyməti COMEX birjasında azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiymətində enmə qeydə alınıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,8% azalaraq 4 061,4 ABŞ dolları səviyyəsinə düşüb.

Bazar göstəriciləri gümüşdə də eyni tendensiyanı göstərib. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,56% azalaraq 50,4 ABŞ dolları olub.

Qiymətlərin azalması qlobal əmtəə bazarlarında dəyişkənlik fonunda formalaşan tələbat və təklif amilləri ilə əlaqələndirilir.