BİRJA

12 Noyabr

Neft bazarında yeni dəyişiklik

Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco dekabr ayında Asiya bazarı üçün neft qiymətlərini kəskin şəkildə endirəcəyini açıqlayıb. Şirkətin məlumatına görə, Arab Light markalı neftin qiyməti barel üçün 1,20 dollar azalacaq. Bu, Oman/Dubay xam neft səbətindən 1 dollar baha olacaq.

Saudi Aramco-nun bu qərarı Asiyada neft tələbinin azalması və qlobal bazarlarda qeyri-sabitlik fonunda qəbul edilib. Şirkət həmçinin bildirib ki, ABŞ bazarına tədarük olunan bütün növ neftin qiyməti barel üçün 0,50 dollar ucuzlaşacaq, Şimal-Qərbi AvropaAralıq dənizi regionları üçün qiymətlər isə dəyişməz qalacaq.

Ekspertlərin fikrincə, Saudi Aramco-nun bu addımı Asiya neft bazarında rəqabəti artıracaqOPEC+ ölkələrinin növbəti qərarlarına təsir göstərə bilər.