BİRJA

03 Noyabr

Qızıl və gümüşün qiymətləri artıb

Əmtəə bazarlarında qızıl və gümüş fyuçerslərinin qiymətləri artım nümayiş etdirib.

Finss.az-ın birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,7% artaraq 4 024,35 ABŞ dolları səviyyəsinə yüksəlib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,03% artaraq 48,655 ABŞ dolları təşkil edib.