BİRJA

31 Oktyabr

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri azalma nümayiş etdirib.

Finss.az-ın birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,2% azalaraq 4 008 ABŞ dollarına enib.

Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti0,59% azalaraq 48,328 ABŞ dolları səviyyəsində formalaşıb.