Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli 0,29 ABŞ dolları və ya 0,44% azalaraq 65,95 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, əvvəlki ticarət sessiyasında "Azeri Light"ın qiyməti 66,24 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

