Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz fyuçerslərinin qiymətində artım müşahidə olunub.
Finss.az xəbər verir ki, dekabr ayında çatdırılmaq şərti ilə bağlanmış fyuçers müqavilələri üzrə təbii qazın 1 milyon BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə qiyməti 0,03% artaraq 3,803 ABŞ dolları səviyyəsində qərarlaşıb.
