BİRJA

29 Oktyabr

Dünya bazarında “Brent” və “WTI” neftinin qiymətləri azalıb

29 oktyabr 2025-ci il tarixində dünya bazarında neft qiymətləri cüzi azalma ilə ticarət olunub.

Finss.az xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 64,32 ABŞ dolları səviyyəsinə enib ki, bu da əvvəlki günlə müqayisədə 0,12 % azalma deməkdir.

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında 2025-ci ilin yanvar çatdırılmalı müqavilələrinin dəyəri 0,25 % azalaraq bir barel üçün 64,24 ABŞ dolları olub.

Eyni zamanda, “WTI” markalı neftin qiymətində də azalma qeydə alınıb.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında dekabr tədarükü üçün “WTI” nefti 0,23 % ucuzlaşaraq 60,02 ABŞ dolları səviyyəsində müəyyənləşib.