Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin bir bareli 1,82 ABŞ dolları və ya 2,72% ucuzlaşaraq 65,21 ABŞ dolları səviyyəsində müəyyənləşib. Müqayisə üçün, əvvəlki ticarət sessiyasında qiymət 67,03 ABŞ dolları idi.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
