27 oktyabr 2025-ci il tarixində dünya neft bazarında qiymətlərdə artım qeydə alınıb.
Finss.az xəbər verir ki, “Brent” və “WTI” markalı neftlərin qiymətləri yüksəliş nümayiş etdirib.
“Brent” markalı neftin futures müqavilələri barel üçün 66,40 ABŞ dolları səviyyəsində ticarət olunub ki, bu da əvvəlki göstəriciyə nisbətən 0,7% artım deməkdir.
“WTI” (US West Texas Intermediate) markalı neftin qiyməti isə 61,96 ABŞ dolları / barel səviyyəsinə yüksəlib və 0,75% artım qeydə alınıb.
