BİRJA

24 Oktyabr

“Brent” və “WTI” markalı neftin qiymətləri azalıb

2025-ci ilin dekabr ayı üzrə “Brent” markalı neftin qiyməti azalıb.

Finss.az xəbər verir ki,  “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı bu markalı neftin bir barelinin qiyməti 0,39% enərək 65,73 ABŞ dolları səviyyəsində müəyyənləşib.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da oxşar dinamika müşahidə olunub. Belə ki, dekabr ayı üzrə “WTI” markalı neftin bir bareli 0,39% ucuzlaşaraq 61,52 ABŞ dolları təşkil edib.

Qiymətlərdəki azalma bazarda tələb-təklif balansı, qlobal iqtisadi risklərenerji bazarındakı dalğalanmalar fonunda baş verib.