20 oktyabr 2025-ci il tarixində beynəlxalq birjalarda neftin qiymətində azalma müşahidə olunub.
Finss.az xəbər verir ki, qiymətlərin enməsi ABŞ və Çin arasında artan ticarət gərginliyi, eləcə də qlobal tələbatın zəifləməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Son məlumatlara görə, Brent markalı neftin fyuçers qiyməti 0,4 faiz azalaraq 61,05 ABŞ dolları/barel, WTI (West Texas Intermediate) markalı neftin qiyməti isə eyni nisbətdə enərək 57,33 ABŞ dolları/barel səviyyəsində formalaşıb.