BİRJA

17 Oktyabr

Kriptovalyuta bazarında eniş dalğası: Bitcoin və Ethereum dəyər itirib

Finss.az - 17 oktyabr 2025-ci il tarixində qlobal kriptovalyuta bazarında qiymətlər yenidən eniş istiqamətində dəyişib. Əsas kripto aktivlər investor təzyiqi altında dəyər itirib.

Günün sonunda Bitcoin (BTC) 2,03% ucuzlaşaraq 108 889 ABŞ dolları,
Ethereum (ETH) isə 2,06% azalaraq 3 921,99 ABŞ dolları səviyyəsində ticarət olunub.

Digər əsas altkoinlərdə də geriləmə qeydə alınıb:

  • BNB – 1 142,43 ABŞ dolları (–2,96%)
  • Solana (SOL) – 187,12 ABŞ dolları (–3,05%)
  • XRP – 2,35 ABŞ dolları (–2,43%)

Ümumi bazar kapitalizasiyası son 24 saatda 2,7% azalaraq təxminən 3,7 trilyon ABŞ dollarına enib.

Analitiklər bazarda enişin əsas səbəbləri kimi ABŞ–Çin ticarət gərginliyi, ETF-lərdən vəsaitlərin çıxarılmasılikvidasiya hadisələrinin çoxalmasını göstərirlər.

Bununla belə, ekspertlərin bir hissəsi hesab edir ki, FED-in noyabrda ehtimal olunan faiz azaldımı bazarda sabitləşmə və qismən bərpa üçün zəmin yarada bilər.