Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisi 1,47 ilə qədər azalıb.
Finss.az Maliyyə Nazirliyinin məlumataın əsasən xəbər verir ki, son illər investorların tələbatı əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənib. Nəticədə, 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4%-i 1–3 illik, 8,6%-i isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu struktur orta ödəmə müddətinin azalmasına və orta müddətli dövrdə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsinə səbəb olub, bu isə yenidən maliyyələşdirmə risklərini artırıb.
Bu risklərin azaldılması üçün 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik istiqrazlarla əvəzlənib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik istiqrazların payı 60,6%-ə endirilib, 5–10 illik istiqrazların payı isə 39,4%-ə yüksəlib.
Bunun nəticəsində dövlət borcunun idarə edilməsinə dair 2022–2025-ci illər üzrə yenilənmiş strategiya çərçivəsində, dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.
Fuad Mədətov
Finss.az