Finss.az - Azərbaycan Mərkəzi Bankı 13 oktyabr 2025-ci il tarixindən etibarən rəsmi valyuta və bank metallarının məzənnələrini açıqlayıb.
ABŞ dolları 1,7000 manat, avro 1,9755 manat, İngilis funt sterlinqi 2,2706 manat, Rusiya rubllu (100 RUB) 2,0799 manat, Türk lirəsi 0,0406 manat səviyyəsində müəyyən olunub.
Digər valyutalar arasında Gürcü larisi 0,6273 manat, Çin yuanı 0,2384 manat, Yapon yeni (100 JPY) 1,1191 manat, Avstraliya dolları 1,1087 manat, Kanada dolları 1,2148 manat, İsveçrə frankı 2,1219 manat, Küveyt dinarı 5,5417 manat, Sinqapur dolları 1,3111 manat, BƏƏ dirhəmi 0,4628 manat, Səudiyyə Ərəbistanı rialı 0,4532 manat, Qazaxıstan tengəsi (100 KZT) 0,3166 manat, Özbək somu (100 UZS) 0,0140 manat açıqlanıb.
Bank metallarının qiymətləri belədir: qızıl (XAU) 6894,9790 manat, gümüş (XAG) 87,5116 manat, platin (XPT) 2778,1910 manat, palladium (XPD) 2457,8005 manat.
Qeyd olunur ki, Mərkəzi Bank açıqlanan məzənnələr ilə valyuta və metalları almaq və satmaq öhdəliyini daşımır.