BİRJA

10 phrase_var_core.october

Neft qiymətləri ucuzlaşıb

10 oktyabr 2025-ci il tarixində dünya birjalarında neft qiymətləri nisbətən sabit dinamika nümayiş etdirib. Qlobal siyasi gərginliklərin qismən azalması və Yaxın Şərqdə atəşkəs razılaşması bazarda “risk primi”ni zəiflədib.

Finss.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 65,15 ABŞ dolları, WTI markalı neftin qiyməti isə 61,49 dollar səviyyəsində ticarət olunub. Gündəlik dəyişmə cüzi olub və Brent üzrə -0,12%, WTI üzrə isə -0,18% azalma qeydə alınıb.