BİRJA

02 Oktyabr

Bakı Fond Birjasında 20 milyon manatlıq dövlət istiqrazı hərracı keçiriləcək

Finss.az - 7 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli, dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu

AZ0201120042

Buraxılış həcmi 

20 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

1080 gün 

Faiz ödənişləri

2026-cı il 7 aprel, 2026-cı il 7 oktyabr, 

2027-ci il 7 aprel, 2027-ci il 7 oktyabr,

2028-ci il 7 aprel, 2028-ci il 7 oktyabr

Faiz dərəcəsi (olduqda)

7.5%

Ödəmə tarixi

07.10.2028

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.