Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu növbəti ödənişləri həyata keçirib.
Bakı Fond Birjasından Finss.az-a verilən məlumata görə, 29 sentyabr 2025-ci il tarixində AZ2065008685, AZ2066008684 və AZ2067008683 İSİN-li ipoteka istiqrazları üzrə növbəti ödəniş həyata keçirilib. Bu istiqrazlar üzrə 3,00%-lik faiz gəliri 811,34 manat məbləğində hesablanacaq və Bakı Fond Birjasında istiqrazlarla ticarət zamanı baza qiymət kimi 811,34 manat nəzərə alınacaq.
Eyni gündə AZ2077008681 İSİN-li ipoteka istiqrazları üzrə də növbəti ödəniş aparılıb. Bu istiqrazlar üzrə 3,25%-lik faiz gəliri 900,00 manat məbləğində hesablanıb və bazar ticarətində baza qiymət kimi 900,00 manat götürüləcək.
Fuad Mədətov
Finss.az