“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,55% azalaraq 1 barelə görə 68,84 ABŞ dolları təşkil edib.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında “WTI” markalı neftin 1 barelinin qiyməti 0,64% azalaraq 65,3 ABŞ dollarına bərabər olub.