BİRJA

25 Sentyabr

Mərkəzi Bankın 84 və 252 günlük notlarının yerləşdirilməsi üzrə hərraclar keçirilib

Finss.az - 25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) qısamüddətli və orta müddətli notlarının yerləşdirilməsi üzrə hərraclar təşkil olunub.

84 günlük notlar üzrə hərrac zamanı AZ2518024701 dövlət qeydiyyat nömrəsi ilə 2,5 milyon manat həcmində qiymətli kağızlar bazara çıxarılıb. Notların emissiya həcmi tam reallaşdırılıb. Hərracda minimal qiymət 98,395.1747 AZN (6,99%), maksimal qiymət isə 98,408.7308 AZN (6,93%) təşkil edib. Kəsmə qiyməti 98,404.2117 AZN (6,95%), ortaçəkili qiymət isə 98,406.0193 AZN (6,94%) olub. Ümumi sifarişlərin nominal həcmi 4 milyon manat, investorların sayı isə 3 nəfər olub. Notların ödəniş tarixi 18 dekabr 2025-ci ilə təyin edilib.

252 günlük notlar üzrə hərrac zamanı isə AZ2516024703 dövlət qeydiyyat nömrəli 2,5 milyon manatlıq qiymətli kağızlar yerləşdirilib. Minimal qiymət 95,284.3762 AZN (7,07%), maksimal qiymət 95,297.0887 AZN (7,05%) səviyyəsində müəyyən olunub. Kəsmə qiyməti 95,284.3762 AZN (7,07%), ortaçəkili qiymət isə 95,289.4612 AZN (7,06%) təşkil edib. Reallaşdırılmış həcmin 2,5 milyon manata bərabər olduğu hərracda ümumi sifarişlərin nominal dəyəri 3 milyon manat olub. Bu hərracda 2 investor iştirak edib. Notların ödəniş tarixi 4 iyun 2026-cı ilə təyin edilib.

Beləliklə, hər iki hərrac üzrə qiymətli kağızların tam həcmdə yerləşdirildiyi qeydə alınıb.

Fuad Mədətov
Finss.az