Finss.az - 2025-ci il sentyabrın 25-də dünya birjalarında kriptovalyutaların qiymətləri artım nümayiş etdirib.
Bitcoin (BTC) 119,450 ABŞ dolları səviyyəsində ticarət olunub və 0,25 % artım göstərib. Ethereum (ETH) 4,725.30 dollarla 0,30 %, Litecoin (LTC) 117,60 dollarla 0,34 %, XRP 3,11 dollarla 0,65 %, Binance Coin (BNB) 953,20 dollarla 0,29 %, Cardano (ADA) 0,921 dollarla 0,44 %, Dogecoin (DOGE) isə 0,288 dollarla 0,70 % artım qeydə alıb.
Ekspertlər bildirirlər ki, qiymət artımları bazarda investorların risk aktivlərinə marağının yüksəlməsi və kriptovalyutalara yönəlməsi ilə bağlıdır.