BİRJA

23 Sentyabr

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Finss.az - Azərbaycan Mərkəzi Bankı 23 sentyabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının manatla rəsmi məzənnələrini açıqlayıb.

Məlumata görə, ABŞ dolları 1,7000 manat səviyyəsində stabilliyini qoruyub, Avro isə 2,0054 manata yüksəlib. Rusiya rublu (100 ədəd) 2,0300 manat, Gürcü larisi 0,6250 manat, Türk lirəsi 0,0411 manat, İngilis funt sterlinqi isə 2,2959 manat təşkil edir.

Asiya valyutalarında isə Çin yuanı 0,2390 manat, Yapon yeni (100 ədəd) 1,1501 manat səviyyəsində müəyyən edilib.

Bank metallarında isə qızılın qiyməti 6364,6895 manat, gümüş 74,6560 manat, platin 2407,1320 manat, palladium isə 2006,5100 manat səviyyəsində açıqlanıb.

Mərkəzi Bank qeyd edir ki, göstərilən valyuta və metalları həmin məzənnələrlə almaq və satmaq öhdəliyi daşımır.