BİRJA

18 Sentyabr

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artım nümayiş etdirib.

Finss.az xəbər verir ki, neftin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,11% bahalaşaraq 70,76 ABŞ dollarına çatıb.

Qeyd olunur ki, bundan əvvəl Azərbaycan neftinin qiyməti 70,68 ABŞ dolları təşkil edib. Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları həcmində götürülüb.