Finss.az - 7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.
AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"BİRKART BOKT" MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001027732 |
İstiqrazın növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu / forması |
Kütləvi / Abunə Yazılışı |
İstiqrazların sayı |
20,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
İllik gəlirlilik faizi |
11.5% |
Ödəmə periodu |
Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir. |
Tədavül müddəti |
12 ay |
Ticarətə buraxılma tarixi |
11.09.2025 |
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
Fuad Mədətov
Finss.az