Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,33% artaraq 3 618,2 ABŞ dollarına çatıb.
Bundan əlavə, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% bahalaşaraq 41,57 ABŞ dolları təşkil edib.