BİRJA

03 Sentyabr

BFB qiymətli kağızlar üzrə ticarət dövriyyəsi - YANVAR-AVQUST/2025

Bakı Fond Birjasında 2025-ci ilin yanvar–avqust ayları üzrə ticarət dövriyyəsi açıqlanıb.

Finss.az xəbər verir ki, yanvar–avqust ayları ərzində dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 3,562,744,687 manat, əməliyyat sayı 452 olub. İlkin bazarda əməliyyat həcmi 1,615,000,000 manat, əməliyyat sayı 4 olub, orta günlük həcmi 10,487,013 manat, orta günlük əməliyyat sayı 0 təşkil edib. Təkrar bazarda isə əməliyyat həcmi 1,947,744,687 manat, əməliyyat sayı 448 olub, orta günlük həcmi 12,647,693 manat, orta günlük əməliyyat sayı 3 olub.

ARMB notları üzrə əməliyyat həcmi 1,147,711,335 manat, əməliyyat sayı 298 olub. İlkin bazarda 1,104,501,138 manatlıq əməliyyat aparılıb, əməliyyat sayı 262 olub, orta günlük həcmi 7,172,085 manat, orta günlük əməliyyat sayı 2 olub. Təkrar bazarda isə əməliyyat həcmi 43,210,197 manat, əməliyyat sayı 36 olub, orta günlük həcmi 280,586 manat, orta günlük əməliyyat sayı 0 təşkil edib.

Korporativ qiymətli kağızlar üzrə əməliyyat həcmi 713,401,450 manat, əməliyyat sayı 14,683 olub. İlkin bazarda əməliyyat həcmi 524,384,248 manat, əməliyyat sayı 1,778 olub, səhm üzrə əməliyyat həcmi 2,880,000 manat, əməliyyat sayı 7, istiqrazlar üzrə isə əməliyyat həcmi 521,504,248 manat, əməliyyat sayı 1,771 olub. Təkrar bazarda korporativ qiymətli kağızlar üzrə əməliyyat həcmi 189,017,202 manat, əməliyyat sayı 12,905 olub, səhm üzrə əməliyyat həcmi 10,557,149 manat, əməliyyat sayı 11,693, istiqrazlar üzrə əməliyyat həcmi 178,460,053 manat, əməliyyat sayı 1,212 olub.

İpoteka istiqrazları üzrə əməliyyat həcmi 835,679,184 manat, əməliyyat sayı 24 olub. İlkin bazarda 400,404,587 manatlıq əməliyyat aparılıb, əməliyyat sayı 9 olub. Təkrar bazarda əməliyyat həcmi 435,274,598 manat, əməliyyat sayı 15 olub.

Repo əməliyyatları üzrə ümumi həcmi 37,357,982,658 manat, əməliyyat sayı 4,372 olub. Dövlət istiqrazları üzrə repo əməliyyatlarının həcmi 25,038,745,856 manat, əməliyyat sayı 3,912 olub. ARMB notları üzrə 464,865,279 manatlıq əməliyyat aparılıb, əməliyyat sayı 289 olub. Korporativ qiymətli kağızlar üzrə repo əməliyyatlarının həcmi 11,854,371,523 manat, əməliyyat sayı 171 olub. İpoteka istiqrazları üzrə repo əməliyyatları qeydə alınmayıb.

Yanvar–avqust ayları üzrə bütün bazarlarda aparılan əməliyyatların cəmi 43,617,519,313 manat olub, əməliyyat sayı 19,829 təşkil edib. İlkin bazarda cəmi əməliyyat həcmi 3,644,289,972 manat, əməliyyat sayı 2,053 olub, orta günlük həcmi 23,664,221 manat, orta günlük əməliyyat sayı 13 təşkil edib. Təkrar bazarda isə cəmi əməliyyat həcmi 2,615,246,683 manat, əməliyyat sayı 13,404 olub, orta günlük həcmi 16,982,121 manat, orta günlük əməliyyat sayı 87 təşkil edib.

BFB-nin Ticarət Dövriyyəsinin Cədvəli

Bazarlar / Əməliyyatlar Əqdlərin Həcmi (manatla) Əqdlərin sayı Əqdlərin Orta Günlük Həcmi (manatla) Əqdlərin Orta Günlük sayı
1. Dövlət Qiymətli Kağızları 3,562,744,687 452 23,134,706 3
1.1 İlkin Bazar 1,615,000,000 4 10,487,013 0
1.2 Təkrar Bazar 1,947,744,687 448 12,647,693 3
2. ARMB Notları 1,147,711,335 298 7,452,671 2
2.1 İlkin Bazar 1,104,501,138 262 7,172,085 2
2.2 Təkrar Bazar 43,210,197 36 280,586 0
3. Korporativ Qiymətli Kağızlar 713,401,450 14,683 4,632,477 95
3.1 İlkin Bazar 524,384,248 1,778 3,405,093 12
– Səhmlər 2,880,000 7 18,701 0
– İstiqrazlar 521,504,248 1,771 3,386,391 12
3.2 Təkrar Bazar 189,017,202 12,905 1,227,384 84
– Səhmlər 10,557,149 11,693 68,553 76
– İstiqrazlar 178,460,053 1,212 1,158,832 8
4. İpoteka İstiqrazları 835,679,184 24 5,426,488 0
4.1 İlkin Bazar 400,404,587 9 2,600,030 0
4.2 Təkrar Bazar 435,274,598 15 2,826,458 0
5. REPO Əməliyyatları 37,357,982,658 4,372 242,584,303 28
– Dövlət İstiqrazları üzrə 25,038,745,856 3,912 162,589,259 25
– ARMB Notları üzrə 464,865,279 289 3,018,606 2
– Korporativ Qiymətli Kağızlar üzrə 11,854,371,523 171 76,976,438 1
– İpoteka İstiqrazları üzrə
Cəmi (1+2+3+4+5) 43,617,519,313 19,829 283,230,645 129
– İlkin Bazar 3,644,289,972 2,053 23,664,221 13
– Təkrar Bazar 2,615,246,683 13,404 16,982,121 87

Fuad Mədətov
Finss.az