Əmtəə bazarlarında qiymətli metalların qiymətləri artıb.
Finss.az-ın birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 1,4% bahalaşaraq 3 565,4 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 2,56% artaraq 41,77 ABŞ dolları təşkil edib.
Qiymətli metalların bahalaşması investorların risklərdən qorunma meyillərinin artması ilə izah olunur.