BİRJA

26 Avqust

ASC "Xalq" Bankı Bakı Fond Birjasına üzv oldu – investisiya xidmətləri üçün lisenziya aldı

ASC "Xalq" Bankının müraciətinə əsasən 25 avqust 2025-ci il tarixindən Bakı Fond Birjası üzvlüyünə qəbul etmişdir. Beləliklə, Bakı Fond Birjasına üzv olan şirkətlərin sayı on üçə yüksəlmiş oldu.

ASC "Xalq" Bankı ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bank oldu. Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bankdır.

Bu mühüm addım ölkənin bank sektorunda yeni mərhələnin başlanğıcını qoyur. Bu lisenziya ASC "Xalq" Bankına geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyat aparmaq və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq.

Bakı Fond Birjası şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli mühit yaratmağı hədəfləyir.

Fuad Mədətov
Finss.az