BİRJA

19 Avqust

Qızıl qiymətləri artmağa çalışır: Fed simpoziumu və geosiyasi faktorlar nəzarətdə

Finss.az - Qızılın spot qiyməti 1 unsiya üçün 3,339 ABŞ dollarına qədər 0,21% artıb. Dekabr fyuçersləri isə 0,18% yüksələrək 3,383 ABŞ dollarına çatıb.

Bazar iştirakçıları Ukrayna konflikti ətrafında baş verənləri ehtiyatla qiymətləndirirlər. ABŞ lideri Tramp və Ukrayna prezidenti Zelenski arasındakı görüşü müsbət qiymətləndirib. İndi Ağ Evin sahibi Rusiya və Ukrayna prezidentləri arasında mümkün danışıqların hazırlanması ilə məşğuldur, media məlumatına görə, görüş avqustun sonuna qədər baş tuta bilər.

Fed-in sədri Powell simpozium çərçivəsində bazarlara bank siyasətinin perspektivləri ilə bağlı siqnallar verə bilər. Capital.com-un maliyyə bazarı analitiki Kyle Rodda bildirib:

“Qızıl hələ də konsolidasiya mərhələsindədir və həqiqətən də artım üçün yeni bir katalizator gözləyir. Cekson-Hol simpoziumu önəmli hadisə olacaq və Fed yumşaq ritorika nümayiş etdirəcəkmi, bunu göstərəcək.”

Bazar iştirakçıları CME FedWatch alətinin məlumatına görə, növbəti iclasda Fed-in 25 baza bəndi qədər faiz endirəcəyi ehtimalını 84% qiymətləndirirlər.

Iyul ayının Fed iclasının protokolu isə Mərkəzi Bank siyasəti ilə bağlı əlavə ipucları verə bilər.

Spot gümüş 0,3% azalaraq 1 unsiya üçün 37,88 ABŞ dollarına düşüb, platin 0,1% ucuzlaşaraq 1,321,58 ABŞ dollarına, palladiy isə 1,1% aşağı düşərək 1,110,53 ABŞ dollarına enib.

 

Eləcədə bax: Enefit Green və Sumitomo 1000 MVt-lıq dəniz külək stansiyaları layihəsini dayandırdı