BİRJA

15 Avqust

Avqustun 18-nə USD/AZN RƏSMİ MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il avqustun 18-nə olan ABŞ dollarının manata qarşı rəsmi məzənnəsini açıqlayıb.

Finss.az AMB-yə istinadən xəbər verir ki, avqustun 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində saxlanılıb.

Qeyd olunur ki, məzənnə əvvəlki günlə müqayisədə dəyişməyib və ABŞ dollarının manata qarşı məzənnəsi uzun müddətdir sabit qalmaqdadır.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır