BİRJA

14 Avqust

2025-ci ilin I yarısında Azərbaycanda qiymətli kağızlar üzrə investor ödənişləri açıqlanıb

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) 2025-ci ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə investorlara edilmiş ödənişlərin statistikasını açıqlayıb. Finss.az-ın MDM-ə istinadən verdiyi məlumata görə, hesabat dövründə MDM manatla buraxılmış qiymətli kağızlar üzrə 2,2 milyard manat ödəniş edib.

Ödənişlərin strukturu belə olub:

  • 73,3% (1,6 milyard manat) — dövlət istiqrazları üzrə (261,41 milyon manat kupon ödənişləri),
  • 12,1% (270,2 milyon manat) — Azərbaycan Mərkəzi Bankının notları üzrə,
  • 5,6% (124,42 milyon manat) — korporativ istiqrazlar üzrə (14,42 milyon manat kupon ödənişləri),
  • 9% (200 milyon manat) — səhmlər üzrə (dividend formasında).

Hesabat dövründə xarici valyuta ilə buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş həyata keçirilib. Bunun 41,1% (20,3 milyon USD) dövlət istiqrazları üzrə (0,3 milyon USD kupon ödənişləri), 58,9% (29,04 milyon USD) isə korporativ istiqrazlar üzrə (19,04 milyon USD kupon ödənişləri) baş tutub.

Fuad Mədətov
Finss.az

Əlavə bax: 14 avqust 2025: Dünya birjalarında qiymətli metalların qiymətləri