BİRJA

12 Avqust

"KREDİT EVİ" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"KREDİT EVİ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003021493

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

3,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

3,000,000 manat

İllik gəlirlilik faizi

17%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

19.08.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC