BİRJA

05 Avqust

BFB qiymətli kağızlar üzrə əməliyyatların ümumi həcmini AÇIQLAYIB - YANVAR-İYUL/2025

2025-ci ilin yanvar-iyul ayları üzrə Bakı Fond Birjasında ümumi ticarət dövriyyəsi 40,25 milyard manat təşkil edib.

Finss.az-a Bakı Fond Birjasından verilən məlumata görə, bu dövrdə 17 760 əməliyyat həyata keçirilib, gündəlik orta ticarət həcmi 302,7 milyon manat, əməliyyatların orta sayı isə 134 olub.

Dövlət qiymətli kağızları bazarında 3,55 milyard manatlıq 444 əməliyyat baş tutub. Bunlardan 1,62 milyard manatlıq əməliyyatlar ilkin bazarda, 1,94 milyard manatlıq isə təkrar bazarda qeydə alınıb.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (ARMB) notları üzrə dövriyyə 999,4 milyon manat, əməliyyat sayı 258-dir. İlkin bazarda 958 milyon manatlıq, təkrar bazarda isə 41,5 milyon manatlıq əməliyyatlar reallaşıb.

Korporativ qiymətli kağızlar bazarında 646,7 milyon manatlıq 13 305 əməliyyat olub. İlkin bazarda 474,7 milyon manatlıq 1 367 əməliyyat, təkrar bazarda isə 171,9 milyon manatlıq 11 938 əməliyyat qeydə alınıb.

İpoteka istiqrazlarının ticarət dövriyyəsi 775,2 milyon manat, əməliyyat sayı isə 22-dir.

REPO əməliyyatlarında dövriyyə 34,28 milyard manat, əməliyyat sayı 3 731 təşkil edib. Dövlət istiqrazları üzrə 22,14 milyard manatlıq, ARMB notları üzrə 280 milyon manatlıq, korporativ qiymətli kağızlar üzrə isə 11,85 milyard manatlıq əməliyyat həyata keçirilib.

İlkin bazarda 3,42 milyard manatlıq 1 603 əməliyyat, təkrar bazarda isə 2,56 milyard manatlıq 12 426 əməliyyat qeydə alınıb.

 

 

Bazarlar/Əməliyyatlar

Yanvar-Iyul 2025

Yanvar-Iyul 2025

Əqdlərin Həcmi,

manatla

 

Əqdlərin Sayı

Əqdlərin Orta Günlük Həcmi, manatla

Əqdlərin Orta Günlük Sayı

1. Dövlət Qiymətli Kağızları

3,554,458,690

444

26,725,253

3

1.1 İlkin Bazar

1,615,000,000

4

12,142,857

0

1.2 Təkrar Bazar

1,939,458,690

440

14,582,396

3

2. ARMB Notları

999,408,692

258

7,514,351

2

2.1 İlkin Bazar

957,955,116

224

7,202,670

2

2.2 Təkrar Bazar

41,453,577

34

311,681

0

3. Korporativ Qiymətli Kağızlar

646,675,859

13,305

4,862,225

100

3.1 İlkin Bazar

474,739,303

1,367

3,569,468

10

Səhmlər

2,420,000

4

18,195

0

İstiqrazlar

472,319,303

1,363

3,551,273

10

3.2 Təkrar Bazar

171,936,556

11,938

1,292,756

90

Səhmlər

9,069,374

10,832

68,191

81

İstiqrazlar

162,867,182

1,106

1,224,565

8

4. İpoteka İstiqrazları

775,200,015

22

5,828,572

0

4.1 İlkin Bazar

370,167,086

8

2,783,211

0

4.2 Təkrar Bazar

405,032,930

14

3,045,360

0

5. REPO Əməliyyatları

34,278,943,390

3,731

257,736,416

28

Dövlət İstiqrazları üzrə

22,144,640,197

3,374

166,501,054

25

ARMB Notları üzrə

279,931,670

186

2,104,749

1

 

Korporativ Qiymətli Kağızlar üzrə

 

11,854,371,523

 

171

 

89,130,613

 

1

İpoteka İstiqrazları üzrə

-

-

-

-

Cəmi (1+2+3+4+5)

40,254,686,646

17,760

302,666,817

134

İlkin Bazar

3,417,861,505

1,603

25,698,207

12

Təkrar Bazar

2,557,881,752

12,426

19,232,194

93

Fuad Mədətov
Finss.az