BİRJA

31 İyul

NYMEX birjasında təbii qazın qiyməti azalıb

Finss.az - 31 iyul 2025-ci il tarixində dünya birjalarında təbii qazın qiymətləri enişlə yadda qalıb.

ABŞ-ın NYMEX birjasında təbii qazın sentyabr fyuçerslərinin qiyməti 1,72% azalaraq hər milyon britaniya istilik vahidi (MMBtu) üçün 2,49 ABŞ dolları təşkil edib.

Avropanın əsas təbii qaz göstəricisi olan TTF (Niderland) indeksində də qiymətlər düşüb, sentyabr müqavilələri 2,1% azalma ilə 26,85 avro/MWh səviyyəsində qərarlaşıb ki, bu da təxminən 8,58 ABŞ dolları/MMBtu-ya bərabərdir.