Finss.az – Qlobal fond bazarlarında investor əhval-ruhiyyəsi güclənməkdə davam edir.
ABŞ, Avropa və Asiya indeksləri əksər hallarda müsbət dinamika nümayiş etdirib. İnvestorların risk iştahı artıb, inflyasiya təzyiqlərinin zəifləməsi və texnologiya sektorundakı irəliləyişlər optimizmi dəstəkləyib.
ABŞ bazarları günü əhəmiyyətli artımla başa vurub.
-
Dow Jones indeksi 507,85 bənd və ya +1,14% artaraq 45 010,29 bəndə yüksəlib.
-
SP 500 indeksi +0,78% artaraq 6 358,91 bəndlə bağlanıb.
-
Nasdaq Composite isə texnologiya aksiyalarının dəstəyi ilə +0,61% artımla 21 020,02 bəndə çatıb.
-
Kiçik kapitalizasiyalı şirkətləri əhatə edən Russell 2000 indeksi +1,54% yüksəlib.
Avropa indeksləri də müsbət zonada qalıb.
-
Almaniyanın DAX indeksi +0,83%,
-
Fransanın CAC 40 indeksi +1,37%,
-
İtaliyanın FTSE MIB isə +1,33% artım göstərib.
-
Pan-Avropa Euro Stoxx 50 indeksi +1,00% yüksəlib.
Asiya bazarlarında da əksər indekslər artımla fərqlənib.
-
Yaponiyanın Nikkei 225 indeksi +1,60%,
-
Çinin Shanghai Composite indeksi +0,56%,
-
Honkonqun Hang Seng indeksi isə +0,70% artım göstərib.
Bununla yanaşı, Tayvan indeksi 1,51% dəyər itirərək fərqlənib.
Volatillik göstəricisi olan VIX indeksi isə 6,85% azalaraq 15,37 bəndə düşüb. Bu da bazarların nisbətən sabit və inamlı şəraitdə hərəkət etdiyini göstərir.