BİRJA

24 İyul

ABŞ fond indeksləri yüksəldi

Finss.az - ABŞ fond bazarındakı əsas indekslər çərşənbə günü sessiyanı artımla başa vurub.

Bu, ABŞ ilə Yaponiya arasında ticarət razılaşmasının bağlanması ilə bağlı xəbərlər fonunda risk iştahının ümumilikdə artması ilə izah olunur.

SP 500Nasdaq Composite ticarət sessiyası nəticəsində tarixi maksimumlarını yeniləyib.

ABŞ prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, Yaponiya sözügedən ticarət razılaşması çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya yatıracaq. Bundan əlavə, ABŞ Yaponiyaya avtomobil, düyü və digər kənd təsərrüfatı məhsulları ixrac etməyə başlayacaq. Yaponiyadan idxal olunan mallara tətbiq olunacaq gömrük rüsumları isə 15% səviyyəsində müəyyən ediləcək.

Market Watch qeyd edir ki, Yaponiya ilə bağlanmış razılaşma ABŞ-ın digər ticarət tərəfdaşları ilə də avqustun 1-nə təyin edilmiş tarif tətbiqi tarixindən əvvəl anlaşmaya nail olacağına dair ümidləri artırır.

Financial Times çərşənbə günü məlumatlı mənbələrə istinadən yazıb ki, BrüsselVaşinqton da ticarət razılaşmasının bağlanmasına yaxındırlar. Razılaşmaya əsasən, Avropa mallarının ABŞ-a ixracında da 15% rüsum nəzərdə tutulur. Müzakirə olunan şərtlər arasında təyyarə, spirtli içkilər və tibbi avadanlıqlar da daxil olmaqla bir sıra məhsullar üzrə qarşılıqlı tariflərdən imtina var.

Çərşənbə günü açıqlanan statistikaya əsasən, ABŞ-da iyun ayında ikinci əl mənzil satışları gözləniləndən daha çox azalıb. Milli Əmlak Agentləri Assosiasiyası (NAR) bildirib ki, satışlar may ayına nisbətən 2,7% azalaraq, illik hesablamada 3,93 milyon mənzilə enib. Bu, sentyabrdan bəri ən aşağı göstəricidir. May ayında satışların sayı əvvəlki məlumatlarda göstərildiyi kimi 4,03 milyon deyil, 4,04 milyon olub. Trading Economics analitikləri isə satışların cəmi 0,5%, yəni 4,01 milyon səviyyəsinə enəcəyini proqnozlaşdırırdı.

Dow Jones indeksinin tərkibində günün əsas qalibləri aşağıdakı şirkətlər olub:

  • Merck Co. Inc. – +3%

  • UnitedHealth Group Inc. – +2,6%

  • Caterpillar Inc. – +2,5%

  • Goldman Sachs Group Inc. – +2,4%

  • Boeing Co. – +2,3%

Ən çox ucuzlaşanlar isə bunlardır:

  • Travelers Cos. Inc. – -0,8%

  • Coca-Cola Co. – -0,7%

GE Vernova şirkətinin səhmləri 14,7% bahalaşıb. Enerji həlləri sahəsində fəaliyyət göstərən şirkət 2025-ci ilin ikinci rübündə gəlirini 11% artırsa da, xalis mənfəəti 2,6 dəfə azalıb. Hər iki göstərici bazar gözləntilərindən daha yaxşı olub. Şirkət əlavə olaraq cari il üçün gəlir proqnozunu da bir qədər artırıb.

Baker Hughes Co. şirkətinin səhmləri 11,6% artıb. Neft-qaz xidmətləri sahəsində fəaliyyət göstərən bu şirkət də rüblük nəticələrlə analitiklərin proqnozlarını üstələyib.

Hərbi və aerokosmik texnika istehsalçısı General Dynamics də güclü rüb göstəriciləri ilə seçilib – səhmləri 6,5% bahalaşıb.

Digər tərəfdən, Texas Instruments şirkətinin bazar dəyəri 13,3% azalıb. İkinci rüb nəticələri bazar gözləntilərindən yüksək olsa da, üçüncü rüblə bağlı proqnozlar investorları məyus edib.

Hilton Worldwide Holdings şirkətinin səhmləri 2,6% ucuzlaşıb. Otel şəbəkəsi operatoru bu rübdə nömrəyə düşən gəlirin sabit qalacağını və ya cüzi azalacağını gözləyir. Hilton-un korrektə olunmuş mənfəət proqnozu isə bazar gözləntilərini qarşılamayıb.

Günün sonunda indekslərin vəziyyəti belə olub:

  • Dow Jones Industrial Average+507,85 bənd (+1,14%) → 45 010,29 bənd

  • SP 500+49,29 bənd (+0,78%) → 6 358,91 bənd

  • Nasdaq Composite+127,33 bənd (+0,61%) → 21 020,02 bənd