Finss.az - 23 iyul 2025-ci il tarixində keçirilən ticarət sessiyalarında Qazaxıstanın milli valyutası – tenge dollar qarşısında 538,9 səviyyəsinə enərək tarixində ən aşağı məzənnəni qeydə alıb.
Bu barədə Qazaxıstan Fond Birjası (KASE) məlumat yayıb.
Ticarət zamanı USD/KZT valyuta cütlüyü 540,1 səviyyəsinə qədər yüksəlib, daha sonra 538,9-a sabitləşib. Ötən həftə də tenge dollar qarşısında 533 səviyyəsinə enərək yeni antirekord yaşamışdı. Qısa müddətli bərpa cəhdi uğursuz olub və məzənnə yenidən aşağı yönlü hərəkət edib.
Qazaxıstan Milli Bankı valyuta bazarına müdaxilə etmədiyini və intervensiya həyata keçirmədiyini açıqlayıb. Tənzimləyicinin fikrincə, məzənnəyə təsir edən amillərdən biri 18 iyulda sədr müavini Aliya Moldabekovanın açıqlamaları ola bilər. O, tenqenin zəifləməsi üçün fundamental səbəblərin olmadığını və məzənnənin əvvəlki səviyyəyə qayıdacağını bildirib.
Bununla yanaşı, Qazaxıstan Maliyyəçilər Assosiasiyası hökumətin 2026-cı il üzrə baza məzənnə proqnozunu 475-dən 540-a (+13,7%) yüksəltməsinin bazarda psixoloji təzyiq yaratdığını ehtimal edir.