Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.
Finss.az-ın məlumatına görə, bir barel neftin qiyməti 1,84 ABŞ dolları və ya 2,6% azalaraq 69,39 dollar səviyyəsinə enib.
Qeyd edək ki, əvvəlki ticarət sessiyasında neftin qiyməti 71,23 dollar təşkil edirdi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində "Azeri Light" neftinin bir bareli üçün orta qiymət 70 ABŞ dolları nəzərdə tutulub.