BİRJA

16 İyul

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 16 və 17 iyul 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan

məbləğ (manat)

Nominal

Miqdar

Notun

 ödəniş tarixi

28

AZ2479024708

16.07.2025

20.000.000

100.000

200

13.08.2025

84

AZ2478024709

17.07.2025

20.000.000

100.000

200

09.10.2025

168

AZ2477024700

16.07.2025

10.000.000

100.000

100

31.12.2025

252

AZ2476024701

17.07.2025

10.000.000

100.000

100

26.03.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.