Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçerslərin qiymətində artım müşahidə olunub.
Finss.az xəbər verir ki, avqust ayı üzrə çatdırılma şərtilə bağlanan müqavilələrdə 1 milyon Britaniya istilik vahidi (BTU) üçün qiymət 3,68% yüksələrək 3,436 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Fuad Mədətov
Finss.az