BİRJA

11 İyul

Neft bahalaşır

Finss.az - Bu gün neft qiymətləri əvvəlki gündən 2%-dən çox azalma sonrası yüksəlməyə başlayıb.

London ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersləri bareli 68,76 dollara qalxıb, NYMEX-də isə avqust fyuçersləri 66,72 dollara yüksəlib.

Bazar iştirakçıları ABŞ-dan gələn tarif açıqlamalarını və beynəlxalq ticarət vəziyyətini yaxından izləyir. Prezident Donald Trampın idxal tariflərini artırmaq planları bazarda hələ də qeyri-müəyyənlik yaradır.

Eyni zamanda, OPEC+ ölkələri hasilat artımına fasilə verilməsi ehtimalını müzakirə edir, bu da bazarda neft təklifinin məhdudlaşacağı gözləntilərinə səbəb olur.

Qırmızı dənizdəki gəmilərə hücum təhlükəsi də qiymətləri dəstəkləyir. Avropa Komissiyası isə Rusiya neftinə tətbiq edilən qiymət limitlərinin yenidən tənzimlənməsi üzərində işləyir.