Finss.az - ABŞ fond bazarları cümə axşamı günü müsbət nəticələrlə bağlandı.
Sərmayəçilər Federal Ehtiyat Sisteminin (FED) iyun protokolunu və iri şirkətlərin rüblük hesabatlarını diqqətlə izləyiblər.
FED-in protokoluna görə, əksər üzvlər bu il faiz dərəcəsinin azaldılmasını məqsədəuyğun sayır. İyul ayında faiz endirimi də gündəmdədir.
Əmək Nazirliyinin məlumatına görə, ilkin işsizlik müavinəti üçün müraciətlər 5 min azalaraq 227 minə enib – bu, son 7 həftənin ən aşağı göstəricisidir.
ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan bütün mallara avqustun 1-dən 50% gömrük rüsumu tətbiq ediləcəyini elan edib.
Şirkət xəbərləri də bazara təsir göstərib:
-
Delta Air Lines 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 63% artıraraq səhmlərində 12%-lik sıçrayış əldə edib.
-
WK Kellogg səhmləri, Ferrero-nun 3,1 milyard dollarlıq alqı-satqı xəbəri ilə 30% bahalaşıb.
-
Conagra Brands isə gəlir gözləntilərini qarşılamadığı üçün 4,4% dəyər itirib.
-
Nvidia səhmləri 0,8% qalxıb; bir gün əvvəl 1,8% artımla şirkətin bazar dəyəri 4 trilyon dolları ötüb.
Birja nəticələri belə olub:
-
Dow Jones – +0,43% (44 650,64 bənd)
-
SP 500 – +0,27% (6 280,46 bənd)
-
Nasdaq – +0,09% (20 630,66 bənd)