BİRJA

26 İyun

“Xalq Kapital”ın istiqraz dövriyyəsi 1,1 milyon manat olub

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin yanvar-may aylarında korporativ istiqrazlar üzrə dövriyyəsi 1,1 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikasında əks olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin dövriyyəsində 3,3 milyon manat azalma qeydə alınıb.

Fuad Mədətov
Finss.az