BİRJA

26 İyun

“PAŞA Kapital” korporativ istiqraz dövriyyəsi 2,4 dəfə artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ilin yanvar-may aylarında korporativ istiqrazlar üzrə 898,8 milyon manatlıq əməliyyat dövriyyəsi həyata keçirib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında yer alıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 530,9 milyon manatlıq artım və 2,4 dəfəlik yüksəliş deməkdir.

Fuad Mədətov
Finss.az