“PSG Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ilin yanvar-may aylarında 14,3 milyon manatlıq dövlət istiqrazı əməliyyat dövriyyəsi həyata keçirib.
Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında yer alıb.
Şirkətin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 52,1 milyon manat azalıb ki, bu da 4,6 dəfəlik geriləmə deməkdir.
Fuad Mədətov
Finss.az