BİRJA

26 İyun

“İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin əməliyyat dövriyyəsi 2,3 dəfə artıb

2025-ci ilin yanvar-may aylarında “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin əməliyyat dövriyyəsi 944,2 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikasında yer alıb.

Şirkət ötən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyəsini 2,3 dəfə artıraraq əhəmiyyətli artım nümayiş etdirib.

Fuad Mədətov
Finss.az