Əmtəə bazarlarında qızıl və gümüş üzrə fyuçers qiymətlərində azalma müşahidə olunub.
Finss.az-ın birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 1,14 % azalaraq 3 369,1 ABŞ dolları təşkil edib.
Gümüş üzrə sentyabr fyuçerslərinin qiyməti isə 3,23 % azalaraq bir unsiya üçün 36,05 ABŞ dollarına düşüb.
Fuad Mədətov
Finss.az